Kanadada kənd sakinləri təxliyə olunur


Digərləri 03 Avq 2019 07:19:00 202 0

Kanadada kənd sakinləri təxliyə olunur

Kanadanın Alberta vilayətinin İrvayn kəndinin sakinləri qatarın relslərdən çıxmasına görə təxliyə olunmağa məcburdurlar

Bakı. Kanadanın Alberta vilayətinin İrvayn kəndinin sakinləri qatarın relslərdən çıxmasına görə təxliyə olunmağa məcburdurlar. Trend-in məlumatına görə, buna səbəb kimyəvi maddələrin təsiri təhlükəsinin olmasıdır. Bildirilir ki, təhlükəsizlik baxımından İrvayn kəndindən 7 kilometr radiusda qalan bütün sakinlər dərhal ərazini tərk etməlidirlər. Qeyd edilir ki, sakinlər kimyəvi maddələrin təsirinə məruz qala bilərlər.