“Airbus”ın xalis gəliri artıb


Digərləri 03 Avq 2019 07:01:00 235 0

“Airbus”ın xalis gəliri artıb

Avropanın ən iri aviatikinti korporasiyası olan "Airbus" ikinci rüb və ilk yarım ilin maliyyə nəticələrini dərc edib.

Son.az insider.az-a istinadən bildirir ki, şirkətin hesabat dövrü üzrə xalis gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 1,197 milyard avro təşkil edib və 141% artıb.

Ümumi mənfəət 24%-dən 30,9 milyard avroya kimi yüksəlib. Bununla yanaşı ayrı istiqamətlər arasında ən yüksək artım təyyarə istehsalatı üzrə şöbəyə məxsusdur - 30%, halbuki təyyarələrə olan yeni sifariş sayı 57% azalsa da (88 vahid sifariş olunub), lakin sifariş portfeli, buna baxmayaraq, 2% (7276 təyyarə) artıb.

Şirkət 2019-cu ilin sonuna qədər sifarişçiləri 880-890 təyyarə ilə təchiz etməyi planlaşdıraraq,  ilin yekunlarına dair proqnozlarını əvvəlki səviyyədə saxlayıb.