Günün qoroskopu: Ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin


Digərləri 03 Avq 2019 00:01:00 258 0

Günün qoroskopu: Ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - İntellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın.

Hadisələrin ən uğursuz məcrasına hazır olun.

Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Romantik görüşü ertələyin.

Sabaha indidən hazırlaşın.

Buğa - Situasiyanı sizə gərəkli istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən dəyişə bilər.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün lazımi vasitələrdən istifadə edin.

Günün ikinci yarısında işlərin emosiyalarla həllinə imkan verməyin. Yaxşı intuisiya diqqətə layiq məsələlərin həllində yardımçınız olacaq. Gələn informasiyalara fikir verin. Maraqlı ideyalar istisna deyil.

Rasional olun. Mövqelərinizi möhkəmləndirin.

Axşam saatlarında əylənin, gəzintiyə çıxın.

Əkizlər - Dediklərinizi yanlış anlamamalıdırlar. Vəziyyət yönünü qəflətən dəyişir. Bir istiqamətdə hərəkəti çoxdan planlaşdırsanız da, yeni xəbərlər və gözlənilməz məlumatlar gündəmə başqa işləri gətirəcək. Ətrafınızdakı insanlarla təmaslar niyyətinizə təsir edəcək.

Hadisələrə təsir imkanlarına malik insan günün ikinci yarısında sizə yardım edəcək. Təsadüfi nüanslar əhvalınıza pis təsir etməməlidir. Diqqətiniz dağınıq olmasın.

Axına qarşı üzməyin. Yanınızdakı insanlara qarşı ifrat tələblərə söykənən mövqe tutmayın. Yardım istəyən insana kömək edin. Ailə üzvlərinizin qayğınıza ehtiyacı var.

Səhhətinizin qeydinə qalın.

Xərçəng - Emosional əlaqələri yenidən dəyərləndirin. Maliyyə münasibətlərini təftiş edin. Əlavə işlərə boyun olmayın, düşünülməmiş addımlar atmayın. İntuisiyanızı dinləyin. Riskli əməliyyatlara qatılmayın, kateqorik bəyanatlar verməyin.

Günün ikinci yarısında virtual təmaslar, informasiya axtarışı, yenilik arayışları gözləntilərinizi doğruldacaq.

Axşam saatlarını pəhrizə, rasionun nizamlanmasına həsr etmək olar. Harasa yollanmaq fikriniz varsa, münasibətlərdə tamahkarlıq etməyin. Eyni vaxtda bir neçə iş görmək mümkün deyil.

Şir - Tələsmədən, aramla çalışın. Gərginlik səviyyəsi nə qədər artsa da, cari məsələləri nə qədər tez başa vurmaq istəsəniz də, təmkinli olun. Sizə deyilənlərə diqqətlə qulaq asın. Vəziyyəti müşahidə edin. Konkret situasiyadan asılı olaraq qarşı tərəflə əlaqələri yeniləmək mümkündür.

Günün ikinci yarısında fəaliyyət müstəvisində sürətlənmə olacaq. Uğurlu şəraitdən yararlanın, ən ağır problemlərin asan və rahat həllərinin mümkünlüyünü təkzib etməyin. Qarşılıqlı fəaliyyətə xüsusi ehtiyac duyulur.

Səhhətinizə fikir verin. Valideynlərinizin könlünü alın.

Qız - Günün ilk yarısında problemləri həll etmək, yeni oriyentir və ya maraq dairəsi seçmək olar. Təklifləri diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən, irəliləməyə çalışın.

Cari fəaliyyətinizin yeni, alternativ yanaşmaya ehtiyacı var. Gəlirlər və perspektiv sizi təmin etməməlidir. Mənasız ümidləri və boş xəyalları unudun, yeni layihədə, işdə, münasibətlərdə özünüzü sınayın.

Axşam saatlarında sizə rəğbət bəsləyən insanı dinləyin. Hadisələri əsla tələsdirməin. Mühüm məsələlər təhlil ediləndə qarşı tərəfin də maraqlarını dərk etməyə can atın.