Kinonun əsrarəngiz janrları


Digərləri 02 Avq 2019 22:35:00 313 0

Kinonun əsrarəngiz janrları

Böyük kinostudiyaların qızıl dövründə "Hollywood" klassik kinonun janrlarını müəyyənləşdirdi. Onların çoxu dəyişkənliyə məruz qalaraq dövrümüzə qədər yaşadı. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu janrlarda yenilik, səsli kinonun gəlişi ilə bağlıdır. Yeniliklərdən biri əlbəttə ki, əks-səda yaradan müzikl janrıdır. Filmlərə mahnı və xoreoqrafiyaların daxil edilməsi tamaşaçıları zala cəlb etmək üçün yeni bir stimul yaratdı. Reaksiya o qədər müsbət oldu ki, film yaradıcıları bütün ekran əsərlərinə mahnı daxil edirdilər.

Birinci və orijinal müzikl lent 1929-cu ildə Ernst Lubiç və Muğis Çüvəliye tərəfindən çəkilmiş "Məhəbbət marşı" adlanır. Xoreoqraf Basbi Borkley "Warner Bros" studiyasına gəlişi ilə janrı daha da təkmilləşdirdi. Müzikllarda bu insan böyük ustalıqla, mükəmməl dərəcədə onlarla gənclərin sinxronizə edilmiş tərzdə rəqs etməsinə nail olub. Onların rəqslərini "42 nömrəli Lloyd Bacon küçəsi", "1933 vampir qadınlar" filmlərində görmək olar. "R.K.O" kinokompaniyası da inqilab edərək Fred Esteir və Cincer Rocers cütlüyünün rəqsini təqdim etdi. Onları "Rio de Janeyroya uçaraq" filmində görmək olar. Cütlük böyük ekranda rəqs edərək tamaşaçıları bir növ ovsunlayırdı. Maraq və təəccüb doğuran məsələ bu idi ki, əslində gerçəkdə onların bir-birlərindən xoşu gəlmirdi. Ancaq qazandıqları uğur aktyorları tammetrajlı filmlərdə də bir yerdə çəkilməyə sövq edirdi.

"Metro Goldwyn Mayer" studiyası müzikl janrına keçməsində gecikdi. Ancaq sonradan bu işə elə peşəkarlıqla başladı ki, digər kinokompaniyalara əsl görk, nümunə oldular. Onların debütlərindən "Roz Mari", "Brovey melodiyaları" və əsasən də "Oz sehirbazı" filmlərini göstərmək olar.

"Metro Goldwyn Mayer" həmçinin macəra filmləri istehsalında da öndə gedirdi. Mistik Afrika kontinentində cərəyan edən "Trader Horn" ekran əsərindən sonra studiya aktyor Edqar Rays Borrous tərəfindən oynanılan qəhrəmanı yenidən canlandırmaq üçün gənc üzgüçü Coni Vaysmulleri "Meymunların Tarzanı" filminə çəkir. Bu zaman o biri studiyalar da maraqlı təkliflərlə çıxış edirlər. "United artist" studiyasında "Qraf Montekristo" və "Zenda məhbusu", "Paramount" kino şirkətində "Benqal nizədaşıyanı" və "Bu Jest", Fox "İki bayraq altında" və "Zorro nişanı", "R.K.O"da "Zalım Zaroff" və "Qanca Din", "Columbia" studiyasında isə "İtmiş üfüq" və "Ancaq mələklərin qanadları olur" filmləri çəkilib. Ancaq birinciliyi qazanan "Warner Bros" kinokompaniyası oldu ki, onlar "Kapitan Blood", "Yüngül briqadanın yükü", "Meşələr padşahı Robin", "Dəniz qartalı" filmləri ilə öndə gedə bildilər.

Macəra janrında böyük uğurlar əldə etdikdən sonra "Warner Bros" polis kinosu üslubunda da öz möhürünü vurdu. Bu, əsasən Edvar G. Robinson, Ceyms Kaqney və Hampfri Boqart kimi aktyorların sayəsində oldu. "Qızılı cinayətkar dəstəsi", "İctimai düşmən", "Daşlaşmış meşə", "Güllə və ya səs vermə", "Cinayət imperiyasına qarşı", "Çıxışı olmayan dalan", "Üzü bulaşmış mələklər", "20-ci illərin əzabı" adlı filmlər bu janrın inkişafına təkan oldu.

Vestern janrı səsli kinonun gəlişi ilə öz imkanlarını genişləndirdi və ictimaiyyət tərəfindən qəbul olundu. Vəhşi qərbi əks etdirən filmlər sırasında "Uşaq Billi", "Çəmənlikdə baş verən dəhşət", "Camış Bill" və ya "İgidlər torpağı" filmlərinin adlarını çəkmək olar. Amma Vestern artıq tədqiq olunmuş bir janr idi. Bu növ kinolentlərdə Con Veyn əsas fiqur olaraq qalırdı. O, öz karyerasına Con Fordun çəkdiyi "Çalışqanlıq" filmi ilə başlamışdı.


Xəbərə aid fotolar