"Porsche" 2 mindən çox avtomobili geri çağırdı


Digərləri 02 Avq 2019 21:50:00 208 0

"Porsche" 2 mindən çox avtomobili geri çağırdı

"Porsche" şirkəti Rusiyadan 2055 avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərin kondisionerinin ventilyasiya sistemində qısaqapanma ehtimalı ilə əlaqədar verilib.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2017-ci ilin oktyabrınadək Rusiyada satılmış "Panamera" modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.