Qışda yüz dərdə dərman balqabaq kürüsü İndidən hazırla


Digərləri 02 Avq 2019 21:54:00 266 0

Qışda yüz dərdə dərman balqabaq kürüsü  İndidən hazırla

Badımcan, kabaq  kürüsündən də faydalı olan balqabaq kürüsü A, C, E, D, P, B vitaminləri ilə zəngindir. Eləcə də ftor, maqniy, kalsium, sink, marqans, yodla boldur. 

Son.az medicina.az-a istinadən qışda ailə üzvlərinin, xüsusən uşaqların çox dərdinə dərman olacaq, həzmi yaxşılaşdıran, mədəaltı vəzini dirildən, immuniteti yüksəldən, mədə-bağırsağı yumşaldan balqabaq kürüsünün reseptini təqdim edir:

Ərzaqlar:

Balqabaq - 800 qr Kök - 2 ədəd Sarımsaq - 3 diş Soğan -1 ədəd Tomat pasta - 3 x. q Bitki yağı - 5 x.q Sirkə -1 x.q Duz, şəkər tozu - zövqə görə

Hazırlanması:

Balqabaq soyulur, tumları çıxarılır, lət hissəsi xırda kub formasında doğranılır. Sarımsaq presdən əzilir, soğan xırda doğranılır. Kök sürtgəcdən keçirilir. Bunlar hamısı tavada 3 xörək qaşığı yağda qızardılır. Əvvəl soğan sarımsaq, daha sonra kök burda bişirilir.