Son 10 il ərzində ƏbuDabidə...


Digərləri 02 Avq 2019 21:59:00 233 0

Son 10 il ərzində ƏbuDabidə...

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə son on ildə yeni doğulan uşaqların sayı 34 faiz artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ildə əmirlikdə 38 285 uşaq dünyaya gəlib. 2008-ci ildə isə doğulmuş uşaqların sayı 28 456 olub.

Məlumatda qeyd olunur ki, 1977-ci ildən 2018-ci ilə qədərki dövr ərzində doğulmuş uşaqların sayında təxminən üçqat artım qeydə alınıb.