Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK


Digərləri 02 Avq 2019 21:45:00 254 0

Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK

İzmir Yüksək Texnologiya İnstitutunun Araşdırma Mərkəzində badımcandan dəri xəstəliklərində istifadə ediləcək dərman hazırlanıb.

Son.az xəbər verir ki, badımcandakı qlikoalkaloid maddəsinin dəriyə xeyirli olduğu üzə çıxıb.

Universitetin Molekulyar Biologiya və Genetika Kafedrasının professoru Doktor Sami Doğanlar və professor Doktor Anne Frarinin rəhbərliyi ilə badımcanın dəriyə təsirləri üzərində araşdırma aparılıb. Araşdırmaçılar badımcana parlaqlıq verən qlikoalkaloidi badımcandan əldə edərək bunu dərman halına gətirib. Dəri xəstəliklərində istifadə edilən bu dərman müsbət nəticələr verib.

Professor Doktor Sami Doğanlar badımcanın çox uzun illərdir müalicə məqsədilə istifadə edildiyini vurğulayıb:

"Biz də burada badımcanın iki xüsusiyyətindən istifadə etdik. Badımcana baxanda çox parlaq, düz və hamar olduğunu görürük. Bunu təmin edən badımcanın içindəki kimyəvi maddələrdir. Biz bu kimyəvi və parlaq maddənin insana təsirini öyrəndik. Ancaq dəriyə mənfi təsiri olmaması üçün bir neçə yol axtarışına çıxdıq. Laboratoriyamızda dərman formulunu inkişaf etdirdik. Nanotexnologiya üsullarla molekulu dərman olaraq istifadə etməyə çalışmışıq. Araşdırma göstərdi ki, qlikoalkaloid dəriyə çox xeyirdir.