Kosmos həvəskarları üçün beş məkan


Digərləri 02 Avq 2019 21:40:00 232 0

Kosmos həvəskarları üçün beş məkan

Kosmosa ilk uçuşdan cəmi 58 il keçib, lakin dünya tanınmayacaq dərəcədə dəyişib, onun səyahət coğrafiyası isə yer qitəsindən planetin hüdudlarından kənara uçuşlaradək genişlənib. Hələlik kosmosa yalnız seçilmişlərin yollanmasına baxmayaraq bir çox yerlər vardır ki, orada kosmik tematikaya baş vurmaq mümkündür. Son.az AZƏRTAC-a istinadən "Skyscanner" xidmətinin analitikləri tərəfindən seçilən, hər kəsin ulduzlara daha yaxın ola biləcəyi 5 məkanı diqqətinizə çatdırır.

1.Ulduz şəhərciyi, Korolyov, Rusiya

Moskvanın yaxınlığında, Korolyovda özünüzü kosmonavt kimi hiss etməniz mümkündür. Ulduz şəhərciyindəki Kosmonavtların Hazırlığı Mərkəzində "İL-76" aerobusunun salonunda məşq uçuşunu 200 min rubl (təxminən 3140 dollar) müqabilində bronlamaq olar. Siz 1-1,5 saat uçuşda olacaq, təxminən 250 saniyə özünüzü çəkisizlik vəziyyətində hiss edəcəksiniz.

2.Kennedi Kosmik Mərkəzi, Kanaveral burnu, ABŞ

Kennedi Kosmik Mərkəzi ABŞ-ın fəaliyyətdə olan kosmodromudur. Onun nəzdində nəhəng muzey-əyləncə kompleksi fəaliyyət göstərir. Bura həm böyüklər, həm də kiçiklərə maraqlı ola bilər. Burada raket parkında gəzmək, sexləri ziyarət edərək kosmik aparatların necə yığılmasına baxmaq olar. Həmçinin uçuşları idarəetmə mərkəzini və içərisində astronavtların Aydan qayıtdıqları kapsulu görmək mümkündür.

3.Baykonur, Qazaxıstan

Dünyanın ən qocaman kosmodromunun təqdimata ehtiyacı yoxdur: məhz buradan ilk dəfə Qaqarin kosmosa uçub. Bu gün isə Beynəlxalq Kosmik Stansiyaya beynəlxalq heyət yollanır. Baykonura yalnız rəsmi ekskursiya vasitəsilə düşmək olar. Ekskursiya çərçivəsində sizin təkcə raketin buraxılmasını izləmək deyil, həmçinin start meydançasında olmaq, kosmodromun necə qurulmasını öyrənmək, Qaqarinin "evinə" baxmaq və hətta kosmonavtları yola salmaq fürsətiniz yaranacaq. Belə ziyarət sizə təxminən 650 dollara başa gələcək.