Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirilib (FOTO)


Digərləri 02 Avq 2019 20:52:00 196 0

Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirilib (FOTO)

Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən festival 23-29 iyul tarixlərini əhatə edirdi.

Bakı. Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən festival 23-29 iyul tarixlərini əhatə edirdi. Trend-in məlumatına görə, festival ərzində Hindistanın rəngarəng mədəniyyətini, adət-ənənələrini və məişət həyatını özündə əks etdirən filmlərin nümayişi həyata keçirilib. Festivalın açılışının ilk günündə cənab səfir Vanlalvavna Bavintlunq və səfirliyin əməkdaşları ilə yanaşı, hindistanlı qonaqlar da iştirak edib. Cənab səfir festivalın keçirilməsindən məmnunluğunu dilə gətirərək bu tipli tədbirlərin xalqlar arasında dostluq körpülərinin qurulmasındakı roluna toxunub. O, Hindistan və Azərbaycanın köklü kino keçmişinə sahib olmasına toxunaraq mədəniyyətlərimizin filmlər yolu ilə çatdırılmasının əhəmiyyətini dilə gətirib. Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxış edərək gələn qonaqları salamlayaraq Mərkəzin belə xoş bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunub.