Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum oldu


Digərləri 02 Avq 2019 20:32:00 180 0

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum oldu

Bakıda 2019-cu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 2 milyard 485,5 milyon manat olub.

Bakı. Elçin Mehdiyev – Bakıda 2019-cu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 2 milyard 485,5 milyon manat olub. Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 938,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 78,0 faizini təşkil edib. Hesabat dövründə iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4 faiz artaraq 478,1 milyon manat olub. Dövriyyənin 44,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.