"Hyundai" Hacıqabulda Bakı sakinini vurub öldürdü


Digərləri 02 Avq 2019 20:12:00 213 0

"Hyundai" Hacıqabulda Bakı sakinini vurub öldürdü

Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində "Hyundai" markalı avtomobillə Bakı şəhər sakini E.Kazımov vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 2-də saat 3 radələrində Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Valiulin idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi Elman Kazımovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.