Rusiya, Qazaxıstan və Özbəkistanın ulduz azərbaycanlıları JARAda FOTO


Şou-biznes 02 Avq 2019 20:02:00 422 0

Rusiya, Qazaxıstan və Özbəkistanın ulduz azərbaycanlıları JARAda  FOTO

JARA 2019 beynəlxalq musiqi festivalında Rusiya, Qazaxıstan və Özbəkistanda yaşayan və işləyən azərbaycanlı məşhurlar da iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, Rostov şəhərində yaşayan Elman Zeynalov "Jara" festivalında ikinci dəfə iştirak edib.

Lerikdə anadan olmuş və hazırda Moskvada yaşayan Cahid Hüseynli (Jony) festivala ilk dəfə qatılıb.

Festivalda həmçinin Sankt-Peterburqda yaşayan bloqer Hüseyn Həsənov, Qazaxıstanda yaşayan Babək Məmmədrzayev, Özbəkistanda doğulmuş və anası azərbaycanlı olan Oleq Ternovoy, eləcə də BahhTee (Bəxtiyar Əliyev), HammAli&Navai (Aleksandr Əliyev və Nəvai Bəkirov), Rauf&Faik (Rauf və Faiq Mirzəyev əkiz qardaşları) iştirak edib.


Xəbərə aid fotolar