BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar (FOTO)


Digərləri 02 Avq 2019 19:43:00 208 0

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar (FOTO)

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Türkiyə Respublikasının nüfuzlu dövlət universitetlərinin magistratura və doktorantura səviyyələrinə qəbul olunan Jurnalistika fakültəsinin məzunlarını qəbul edib.

Bakı. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Türkiyə Respublikasının nüfuzlu dövlət universitetlərinin magistratura və doktorantura səviyyələrinə qəbul olunan Jurnalistika fakültəsinin məzunlarını qəbul edib. Universitetdən Trend-ə bildirilib ki, Türkiyənin Dövlət Təqaüd Proqramı olan “Türkiyə Bursları” xətti ilə qəbul olunan məzunlarla keçirilən görüşdə rektor elmi yenilikləri dərindən öyrənməyi, əldə etdikləri bilik və bacarıqları artırmağı, müasir düşüncəli gənclər kimi formalaşmağı tövsiyə edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə, eyni zamanda, jurnalistika sahəsində ixtisaslaşmalar, tələbələrin ölkənin nüfuzlu media qurumlarında təcrübə keçmələri, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, məzunların təklifləri dinlənilib.