Valideynlərin girov götürdüyü bağça müdirəsinə hökm oxundu


Kriminal 02 Avq 2019 19:36:58 249 0

Valideynlərin girov götürdüyü bağça müdirəsinə hökm oxundu

Bağça müdiri və müdirin müavini növbəti dəfə hakim qarşısına çıxarılıb. Təqsirləndirilənlərdən üçüncü şəxs isə bağçanın işçisidir.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Aləmzar Əliyeva 9 il, Tərlan Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ev dustaqlığında olan Azər Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, hazırlıq iclasında bağça direktoru, ev dustaqlığında olan Tərlan Bağırova barəsində həbs-qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalında qabdallanmışdı. Məhkəmə prosesində məlum olmuşdu ki, T.Bağırova pulları ödəmədiyi üçün valideynlərdən biri tərəfindən evində girov saxlanılıbmış.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.