İndoneziyada sunami təhlükəsi - Sakinlərə təxliyə olunmaq tapşırıldı


Digərləri 02 Avq 2019 19:35:00 253 0

İndoneziyada sunami təhlükəsi - Sakinlərə təxliyə olunmaq tapşırıldı

İndoneziya hökuməti sunami təhlükəsi ilə əlaqədar Yava adasının sahilyanı zonalarında yaşayan əhalinin təxliyə olunması barədə tapşırıq verib

Bakı. İndoneziya hökuməti sunami təhlükəsi ilə əlaqədar Yava adasının sahilyanı zonalarında yaşayan əhalinin təxliyə olunması barədə tapşırıq verib. Trend-in məlumatına görə, xüsusilə, Banten əyalətinin sakinlərinə daha yüksək ərazilərə təxliyə olunmaları tapşırılıb. Sunami təhlükəsinə səbəb Hind okeanında 6,9 bal gücündə zəlzələnin baş verməsi göstərilib.