ABŞ Rusiya ilə bu müqavilədən rəsmən çıxdı


Dünya 02 Avq 2019 19:29:00 200 0

ABŞ Rusiya ilə bu müqavilədən rəsmən çıxdı

ABŞ Rusiya ilə imzaladığı orta və qısa mənzilli raketlərin ləğvi (DRSMD) müqaviləsindən rəsmən çıxıb.

Son.az qafqazinfo-ya istinadən, bunu Rusiya Xarici İşlər Nazirliyi rəsmən təsdiqləyib.

"2 avqust 2019-cu ildə Amerika tərəfinin təşəbbüsü ilə Sovet Sosialist Respublikaları İttifaqı ilə ABŞ arasında 8 dekabr 1987-ci ildə Vaşinqtonda imzalanmış orta mənzilli və daha qısa mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə xitam verilib", - deyə sənəddə qeyd olunub.

ABŞ dövlət katibi Maykl Pompeo da Vaşinqtonun müqavilədən rəsmən çıxdığını açıqlayıb.