Kara Sevda'nın Özbəkistanda yayımı dayandırıldı


Digərləri 02 Avq 2019 19:12:00 227 0

Kara Sevda'nın Özbəkistanda yayımı dayandırıldı

Özbəkistan hökuməti özəl telekakanala populyar türk serialı "Kara Sevda"nın yayımını dayandırmaq göstərişi verib. Bu teleserialın özbək ailə dəyərlərinə zidd olduğu bildirilirdi.

Zo'r TV dövlətin tələbinə əməl edərək iyulun 31-dən teleserialın yayımını dayandırıb. Ölkədə çox sevilən bu serial ötən il də yasaqlanmışdı və cəmi üç gün idi ki yayımı bərpa olunmuşdu.

Baş nazirin göstərişi

Son.az virtualaz.org-a istinadən bildirir ki, Zo'r TV-nin prodüseri bu qərara görə "azsaylı" dini mühafizəkar auditoriyanı ittiham edib. Onlar davamlı olaraq hakimiyyətdən tələb edirdilər ki, serialın yayımı kəsilsin.

"Özlərini əxlaq keşikçiləri adlandıranlar... Telegram və digər sosial media vasitəsilə imza toplayaraq prezidentin virtual səhifəsinə göndəriblər", - anonimlik şərtilə danışan prodüser iyulun 31-də AzadlıqRadiosu-nun özbək xidmətinə deyib.

"Onlar sonucda şounun dayandırılmasına nail oldular... çünki hücumları sistematik idi", - o, sözlərinə əlavə edib.

"Kara Sevda" 2018-ci il fevralın 16-da da efirdən çıxarılmışdı. O zaman Baş nazir Abdullah Aripov teleserialın qadağan olunmasına çağırırdı.

Daşkənddən bir hökumət işçisinin AzadlıqRadiosu-na deməsinə görə, serialın ikinci dəfə yasaqlanması göstərişi də Aripovdan gəlib. Onun sözlərinə görə, hökumətin iyulun 30-da keçirilən iclasında Aripov Zo'r TV-nin serialı ötənilki qadağaya baxmayaraq efirə qaytarmasını kəskin tənqid edib.

Telekanal açıqlama verməyib

Zo'r TV-ni Daşkəndin zəngin meri Jahongir Ortiqkhojaev təsis edib.