Ruhanidən açıqlama:"ABŞ Zərifdən qorxur..."


Dünya 02 Avq 2019 19:18:00 169 0

Ruhanidən açıqlama:"ABŞ Zərifdən qorxur..."

Ağ Ev Məhəmməd Cavad Zərifin diplomatik gücündən qorxur.

İRNA xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

Prezident bildirib ki, Donald Tramp Administrasiyasının Zərifə sankisya tətbiq etməsi məhz bunun göstəricisidir: "Əgər onlar müzakirə aparmaqda ciddidirsə, Zərifdən başqa kiminlə danışacaqlar? Zərif İran diplomatiyasının patronudur və bütün millət adından danışıb müzakirə aparır".

Qeyd edək ki, Zərif daha əvvəl onun və ailəsinin ABŞ-da mülkü və pulu olmadığını, buna görə də sanksiyalardan zərər görməyəcəyini açıqlamışdı.(publika.az)