"Azərsu" Bakıda ağacları qurudurmuş


Digərləri 02 Avq 2019 19:01:00 216 0

"Azərsu" Bakıda ağacları qurudurmuş

Bakıda Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı ETSN-ə daxil olan şikayət Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda "Azərsu" ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı "Azərsu" ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.


Xəbərə aid fotolar