Zakir Həsənov Şoyqunun dəvətiylə Rusiyaya getdi


Siyasət 02 Avq 2019 19:07:00 251 0

Zakir Həsənov Şoyqunun dəvətiylə Rusiyaya getdi

Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə Mili.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də "Beynəlxalq Ordu Oyunları-2019" yarışlarının açılış mərasimində iştirak edəcək və "Tank biatlonu" müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.