Külək dializ xəstələrini daşıyan avtobusu aşırdı


Dünya 02 Avq 2019 18:45:00 212 0

Külək dializ xəstələrini daşıyan avtobusu aşırdı

Qarsda dializ xəstələrini daşıyan avtobus şiddətli külək səbəbindən aşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 36 S0 094 markalı mikroavtobus Qars-İğdır yolunda küləyin gücündən aşıb.

Avtobusdakı xəstələr yola səpələnib. Təcili yardım maşınları gələnədək yoldan keçən insanlar xəstələrin köməyinə çatıblar.

6 nəfər yaralı xəstəxanaya yerləşdirilib. 


Xəbərə aid fotolar