Nazirlik tərəfindən bu il 900 nəfərə yaxın əlilliyi olan şəxsin istirahəti təşkil edilib


Digərləri 02 Avq 2019 18:43:00 187 0

Nazirlik tərəfindən bu il 900 nəfərə yaxın əlilliyi olan şəxsin istirahəti təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizdə olan istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizdə olan istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. Nazirlikdən Trend-ə bildirilib ki, bu ilin ötən dövründə onlardan artıq 892 nəfər Quba, Qusar, Xaçmaz, Lənkəran, rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb. Əlilliyi olan şəxslərin istirahətinin təşkili “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.