Qara dəniz Ticarət və İnkişaf Bankının manat istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib


Digərləri 02 Avq 2019 18:28:00 240 0

Qara dəniz Ticarət və İnkişaf Bankının manat istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib

Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) buraxdığı manat istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Samir İsmayılov deyib.

O bildirib ki, avqustun 1-də Bakı Fond Birjasında QTİB-in 10 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib: "İstiqrazlara tələb 81 milyon manat təşkil edib".

S.İsmayılov əlavə edib ki, istiqrazların çevrilməsi müddəti iki ildir.