İndoneziyada 7 bal gücündə zəlzələ baş verdi


Dünya 02 Avq 2019 18:17:00 228 0

İndoneziyada 7 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Sumatra adasında rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Tanqeranq şəhərindən 228 kilometr məsafədə, yerin 49 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların 6,8 bal gücündə olduğunu yazır. Tələfat və dağıntılar barədə rəsmi məlumat yoxdur. Lakin yerli sakinlər sosial mediada fəsadların olduğu barədə məlumatlar paylaşır.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Sahilyanı ərazilərdə yaşayan sakinlər yüksək ərazilərə qaçır. Hakim dairələr xilasediciləri bölgəyə göndərib.  

Qeyd edək ki, son iki ay ərzində İndoneziyada təsir dairəsi 6 baldan çox olan 4 güclü zəlzələ baş verib. Tələfat və dağıntı qeydə alınıb.