İkinci ərindən də ayrılan Sevda:


Şou-biznes 02 Avq 2019 17:11:00 203 0

İkinci ərindən də ayrılan Sevda:

İkinci həyat yoldaşı Cəmildən də ayrılan Sevda Sanəliyeva vaxtını övladları ilə keçirir.

Son.az xəbər verir ki, ifaçı axşam saatlarında paytaxtda gəzintiyə çıxdığı övladları ilə bağlı İnstaqram hesabından paylaşım edib.

Parkda əylənən övladlarının videosunu paylaşan Sevda "Kimin belə sevgililəri var? Övladlar candır. Şükür Allahıma. Allah hamımızın balalarını qorusun, olmayanlara nəsib etsin. Xəstə balaların şəfasın versin ALLAH. Amin!" şərhini yazıb.

Qeyd edək ki, Sevdanın birinci nikahdan oğlu, Cəmillə ailəsindən bir qız övladı var.