"Yaponçik"in varisini qətlə yetirdilər


Dünya 02 Avq 2019 16:40:00 180 0

"Yaponçik"in varisini qətlə yetirdilər

Petrik və ya Lenya Xitrıy kimi tanınan nüfuzlu qanuni oğru Aleksey Petrov Ukraynadakı evinin həyətində vəhşicəsinə öldürülüb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, dəhşətli qətlin videosu yerli Strana.ua nəşri tərəfindən yayımlanıb. Görüntülərdə iki nəfərin qanuni oğrunu döydüyü, birinin isə bıçaqladığı əksini tapıb.

Qeyd edə ki, o, 70-ci illərin sonlarında Moskvanın şimal-şərqindəki Mazutnıy keçidində "Mazutkinski" dəstəsi kimi tanınan ilk cinayət dəstələrindən birini yaradıb. Petrov əfsanəvi qanuni oğru "Yaponçik"in ən yaxın adamı və varisi hesab edilirdi.