Damcılı mağarasında arxeoloji qazıntılar aparılır


Digərləri 02 Avq 2019 16:44:17 231 0

Damcılı mağarasında arxeoloji qazıntılar aparılır

Qazax rayonunda yerləşən "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağarasında arxeoloji qazıntılar aparılır.

Bakı. İlhamə İsabalayeva - Qazax rayonunda yerləşən "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağarasında arxeoloji qazıntılar aparılır. Trend-in məlumatına görə, tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli memoranduma əsasən baş tutur. Qazıntıların aparılmasında məqsəd Daş dövrünə aid nümunələri əldə etməklə düşərgədə qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında olan əlaqəni müəyyənləşdirməkdir.