Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin Türkiyədə İznik gəzintisi (FOTO)


Digərləri 02 Avq 2019 15:29:03 206 0

Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin Türkiyədə İznik gəzintisi (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir. Aİİ-dən Trend-ə verilən məlumata görə, “Yay məktəbi”nin səmərəli təşkili üçün şənbə günü Bursanın İznik əyalətinə səfər təşkil olunub. Ekskursiyada tələbələr Yeşil Camini, Əşrəfzadə və Ayasofiya məscidlərini, Abdulvəhab təpəsini, həmçinin Lefke qapısını ziyarət ediblər. Yeşil Camini ziyarət zamanı tələbələrə bildirilib ki, məscid Çandarlı Xəlil Xeyrəddin Paşanın sifarişinə əsasən, Memar Hacı Musa rərəfindən 1378 – 1391-ci illərdə inşa olunub. Çandarlı Xəlil Xeyrəddin Paşanın vəfatından sonra, tikilinin inşasını onun oğlu Əli Paşa 1391 – 1392-ci illərdə tamamlayıb. Osmanlı memarlığının önəmli abidələrindən olan Yeşil Cami təkqübbəli ibadət evidir. Gənclər daha sonra məşhur türk təsəvvüfçüsü Əşrəf Ruminin oğullarından Əşrəfzadə Abdullah tərəfindən İznikdə inşa olunmuş Əşrəfzadə məscidini ziyarət ediblər. İbadətgah 1469-cu ildə tikilib. Məscidə yunanlar hücum etdikdən sonra, xarabalığa çevrilmiş ibadət ocağı 1950-ci ildə yenidən bərpa olunub. Ayasofiya məscidini ziyarət zamanı tələbələrə dini müəssisə haqqında ətraflı məlumat verilib. Məbəd əvvəllər kilsə kimi fəaliyyət göstərib. Osmanlı dövründə isə məscid kimi müsəlmanların ixtiyarına verilib. Abdulvəhab təpəsi və Lefke qapısı tarxi məkanları tələbələrin böyük marağına səbəb olub. Məlumat verilib ki, Bursa Osmanlı tarixinin önəmli şəhərlərindəndir, həmçinin Osmanlı Dövləti yarandığı vaxtlarda isə paytaxt statusu daşıyıb.