Naomi Kembeldan inanılmaz ETİRAF: "Məni hotelə..." FOTO


Digərləri 02 Avq 2019 15:18:00 224 0

Naomi Kembeldan inanılmaz ETİRAF: "Məni hotelə..."  FOTO

Məşhur model Naomi Kempbelin açıqlaması təəccüb yaradıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, "Paris Matche"yə müsahibə verən Kempbel Fransanın cənubunda yerləşən hotellərin birində içəri buraxılmadığını söyləyib.

Kann festivalında iştirak edən ulduz model dostu ilə hotellərin birində təşkil olunmuş ziyafətdə iştirak etmək istəyib. Lakin qapıdakı mühafizənin onu rənginin qara olduğuna görə içəri buraxmadığını söyləyib.

Bundan əlavə o əlavə edib ki, bəzi ölkələrdə də zənci olduğuna görə onunla işləməkdən imtina ediblər.


Xəbərə aid foto