Salyanda fərdi ev yanıb


Digərləri 02 Avq 2019 14:15:51 322 0

Salyanda fərdi ev yanıb

Salyan rayonun Qarabağlı kəndində 2 otaq və aynabənddən ibarət ev yanıb.

Bakı. Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 126 m² olan 2 otaq və aynabənddən ibarət evin mətbəxinin, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 76 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.