AQTA Şabrandakı kütləvi qida zəhərlənməsi ilə bağlı araşdırmalara başladı


Digərləri 02 Avq 2019 13:55:00 235 0

AQTA Şabrandakı kütləvi qida zəhərlənməsi ilə bağlı araşdırmalara başladı

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət araşdırma qrupu Şabranda baş verən kütləvi qida zəhərlənməsi ilə bağlı hadisə yerinə ezam olunub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət araşdırma qrupu Şabranda baş verən kütləvi qida zəhərlənməsi ilə bağlı hadisə yerinə ezam olunub. Bu barədə Trend-ə AQTA-dan məlumat verilib. Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.