Xəzər dənizi sahilində böyük iməcilik keçiriləcək


Digərləri 02 Avq 2019 13:33:00 201 0

Xəzər dənizi sahilində böyük iməcilik keçiriləcək

Avqustun 9-da Xəzər dənizinin sahilində böyük iməcilik keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini qeyd edib ki, iməcilik 12 avqust - Xəzər dənizi günü münasibətilə keçiriləcək.

F.Əliyev vurğulayıb ki, iməcilik Buzovna çimərliyində baş tutacaq. Nazirlik rəsmisi hər kəsi iməcilikdə aktiv iştirak etməyə çağırıb.