"Zenit" "Barselona"nın hücumçusunu transfer edib


Digərləri 02 Avq 2019 13:37:10 194 0

"Zenit" "Barselona"nın hücumçusunu transfer edib

"Barselona"nın hücumçusu Malkom Rusiyaya köçür.

Bakı. "Barselona"nın hücumçusu Malkom Rusiyaya köçür. Trend-in məlumatına görə, Braziliya millisinin üzvü "Zenit"lə anlaşıb. Klublar arasında danışıqlara artıq yekunlaşıb. Tərəflər 40 milyon avro və əlavə 5 milyon avro bonusda ortaq məxrəcə gəlib. 22 yaşlı vinger həftə ərzində Rusiyaya yollanaraq, tibbi müayinədən keçəcək və "Zenit"lə 5 illik müqavilə imzalayacaq.