“Səhər verilişində qəbir göstərmək olmaz”


Şou-biznes 02 Avq 2019 13:28:00 208 0

“Səhər verilişində qəbir göstərmək olmaz”

Prodüser Tarix Əliyev aparıcısı olduğu "Hər şey daxil" verilişinin formatının dəyişəcəyini deyib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə elə proqram zamanı məlumat verib.

Tolik ad çəkməsə də, Nanə Ağamalıyevanın apardığı "Şou ATV" proqramına söz atıb:

"Yeni mövsümdən verilişimizin formatını dəyişəcəyik. İlk yarım saatda jurnalistlər və müğənnilərlə gündəmi müzakirə edəcəyik. Bu, insanlar üçün maraqlı olar. Səhər verilişində müzakirə olmalıdır. Kimisə ağlatmaq, nənəmin qəbrini göstərmək, hansısa müğənninin bahalı zinət əşyasını, paltarını efirə gətirmək, nənəm öləndə nə dediyini yadında çıxdı kimi sözləri demək olmaz".