6 otaqlı evdə yanğın olub


Digərləri 02 Avq 2019 12:33:00 193 0

6 otaqlı evdə yanğın olub

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.