“Quli” adamını Yekaterinburqa göndərdi


Kriminal 02 Avq 2019 12:22:00 199 0

“Quli” adamını Yekaterinburqa göndərdi

İyulun ortalarında Rusiyanın Yekaterbinburq şəhərində yeni cinayətkar şəxs peyda olub - Sari Hacıyev. Yerli azərbaycanlılara - 4-cü tərəvəz bazasındakı tacirlər və sadəcə, diaspor üzvlərinə məlum olan qanqster Orta Uralın paytaxtına qayıdaraq himayəçisi "Lotu Quli"nin xeyrinə xərac toplama fəaliyyətinə başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Arqumenti i faktı" nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, Hacıyev Yekaterinburqda artıq 4-cü tərəvəz bazasındakı sahibkarlarla çoxsaylı "işgüzar görüşlər" keçirməyə başlayıb.

"O, bütün hər kəsə, xüsusilə də yerlilərinə deyib ki, "Ural mütləq pul ödəməlidir". Hətta Uralda əvvəl "nəzarətçi" olmadığından indi Nadir Səlifova daha çox pul ödəməlidilər. Sari tələblərini, hələ ki, mehriban şəkildə, zorakılıq olmadan edir, lakin bu, onun dəyişməyəcəyi mənasına gəlmir", - deyə mənbə bildirib.

Qeyd olunur ki, Hacıyev Yekaterinburqda olduğu iki həftə ərzində nəinki 4-cü tərəvəz bazasındakı böyük azərbaycanlı iş adamlarına baş çəkib, eyni zamanda "Jeleznodorojnıy Ticarət Evi"ndə də olub. Bura bir il əvvəl Yekaterinburq bələdiyyə müəssisəsi idi, indi bələdiyyələrin tam iştirakı ilə bir MMC-dir. Formal olaraq bu müəssisə qeyd olunan bazanın bir hissəsidir, çünki ən azı eyni profilə malikdir.