Azərbaycanda xüsusi təhlükəli xəstəliklərdən heyvan tələfatı olmayıb


Digərləri 02 Avq 2019 12:09:38 222 0

Azərbaycanda xüsusi təhlükəli xəstəliklərdən heyvan tələfatı olmayıb

Daxili terapevtik, qan parazitar və mövsümi xəstəliklərdən heyvanlar arasında tək-tək hallarda tələfat ola bilər.

Bakı. İlhamə İsabalayeva - Daxili terapevtik, qan parazitar və mövsümi xəstəliklərdən heyvanlar arasında tək-tək hallarda tələfat ola bilər. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib. Onun sözlərinə görə, bu xəstəliklər də heyvan sahibinin vəsaiti hesabına müalicə olunur. "Ancaq hansısa xəstəlikdən kütləvi tələfat halı qeydə alınmayıb. Məsələn, qan-parazitar xəstəlikləri baş verən zaman vaxtında baytara müraciət edilməyən zaman tələfat ola bilər".