“Həkimlərimizi tanıyın!” - cərrah transplantoloq Dr. Kamran Beydullayev


Digərləri 02 Avq 2019 11:45:26 232 0

“Həkimlərimizi tanıyın!” - cərrah transplantoloq Dr. Kamran Beydullayev

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə xəstə insanı həyata qaytaran həkim, ümumi cərrah və cərrah transplantoloq Dr. Kamran Beydullayevi təqdim edirik.

Bakı. “Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə xəstə insanı həyata qaytaran həkim, ümumi cərrah və cərrah transplantoloq Dr. Kamran Beydullayevi təqdim edirik. 10 ildən artıq orqan transplantasiyası ilə məşğul olan Dr. KAMRAN BEYDULLAYEVİN iştirakı ilə Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra edilir. 23 illik cərrahlıq təcrübəsi olan Dr. Kamran Beydullayev ümumi cərrahiyyənin böyük həcmli əməliyyatlarını da burada etməkdə davam edir. Dr. Kamran Beydullayevin etdiyi əməliyyatların sırasında qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatlar, yırtıqlar, dəri və yumşaq toxumaların xəstəlikləri zamanı icra edilən cərrahi əməliyyatlar, həmçinin, endokrin vəzi xəstəlikləri əməliyyatları - qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi əməliyyatları daxildir. Bütün sadalanan əməliyyatlar həm açıq, həm də laparoskopik yolla icra edilir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir. Qeyd edək ki, Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu almışdır. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. Müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 15-ə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür. 2018-ci ildən Dr. Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və cərrah transplantoloq kimi çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/kamran-beydullayev