Sabunçu, Xətai və Yasamal rayonlarında qaz təchizatı dayandırılıb


Digərləri 02 Avq 2019 11:02:00 169 0

Sabunçu, Xətai və Yasamal rayonlarında qaz təchizatı dayandırılıb

Bu gün paytaxtın Sabunçu, Xətai və Yasamal rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılır.

Bakı. Bu gün paytaxtın Sabunçu, Xətai və Yasamal rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılır. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat və N.Nərimanov prospektləri, Şərifzadə, H.Cavid küçələri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və təbii sərvətlər, Ədliyyə nazirlikləri, Gömrük komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılıb.