Peşə məktəblərində yeni ixtisaslar üzrə kadrlar hazırlanacaq


Digərləri 02 Avq 2019 10:27:00 223 0

Peşə məktəblərində yeni ixtisaslar üzrə kadrlar hazırlanacaq

Avqustun 5-dən peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılır.

Bakı. İlhamə İsabalayeva - Avqustun 5-dən peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılır. Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı keçirdikləri mətbuat konfransında deyib. Onun sözlərinə görə, peşə təhsili müəssisələrinə ərizə qəbulunun avqustun 20-dək bütün “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.