Samsung Add Wash paltaryuyan maşınına "BƏLİ" demək üçün 3 səbəb


Digərləri 02 Avq 2019 10:00:00 243 0

Samsung Add Wash paltaryuyan maşınına "BƏLİ" demək üçün 3 səbəb

Bir paltaryuyan maşınında diqqət yetirdiyimiz xüsusiyyətlər bunlardır: təmiz nəticə, uzun istismar müddəti və əlbəttə ki, yuyulma prosesini idarə etmək azadlığı. Buna misal olaraq, Samsung paltaryuyan maşınlarının AddWash sistemi istənilən anda barabana geyim əlavə etmək imkanı yaradır. Beləliklə, ikinci qapının yaradılması sayəsində proses işə düşdükdə belə, əlavə qapı açıla bilir. Lakin əlavə lyuk əsas qapının üzərində və su səviyyəsindən yuxarıda yerləşdirildiyi üçün bu halda belə, su sızıntısı baş vermir. Belə ki, indi unudulmuş geyimi əsas yumaya əlavə etmək üçün sadəcə "Pause" düyməsinə basmaq kifayət edir.

Lakin AddWash-ın üstünlükləri bununla bitmir. Unudulmuş geyimləri əlavə etmək imkanından əlavə əl ilə yuyulma tələb edən geyimlərinizi öncədən yuyaraq sıxılma rejiminə əlavə edə və ya yuyucu vasitə və kondisionerdən prosesin istənilən anında istifadə edə bilərsiniz.  

Həmçinin, Eco Bubble texnologiyası ilə təchiz olunmuş sözü gedən maşınlarla, siz isti suda olduğu kimi, soyuq suda da əla nəticələr əldə edəcəksiniz. Köpük generatoru yuyucu vasitəni suda əridərək, alınan məhlulu oksigen ilə zənginləşdirir, bunun sayəsində dövriyyənin başlamasından saniyələrin ötməsinə baxmayaraq baraban daxilində qatı köpüklü qarışım əmələ gəlir.  Daha sonra suda həll edilən köpük, toxumalar daxilində bərabər paylanaraq, liflərə daha dərindən nüfuz edir. Bu proses adi paltaryuyan maşınlarında yuma dövriyyəsinə tələb edilən zamandan 40 dəfə daha az vaxt tələb edir. Beləliklə, xırda köpüklərin yaratdığı yastıq qatının geyimləri incə şəkildə bürüdüyündən parça daha az zədələnməyə məruz qalır. Bu səbəbdən Eco Bubble texnologiyası ipək və ya yun kimi zərif parçaların keyfiyyətli şəkildə yuyulmasına imkan yaradır.

Yuma prosesini incəliklə yerinə yetirən Samsung AddWash paltaryuyan maşınları invertor mühərriki ilə təchiz olunub. İnvertor üzərindən işləyən paltaryuyan - daha səssiz və qənaətcil maşın deməkdir. Bu tip mühərriklərin əsas xüsusiyyəti  burada invertorun köməyi ilə baraban dövriyyəsinin sürətinin və tezliyinin tənzimlənməsidir. Beləliklə, mexanizmin daha dəqiq idarə edilməsi, elektrik enerjisinə qənaət etməyə kömək edir. Mühərrik daxilində yerləşən güclü maqnitlər isə işləmə prosesi zamanı sürtülməni azaldaraq, titrəmə göstəricilərini aşağı endirir. Bu səbəbdən daha yavaş işlənməyə məruz qalan invertor mühərriki yüksək istismar müddəti ilə seçilir və bu hal 10 illik zəmanət ilə təsdiq edilib.