Nikahdankənar doğulan uşaqların sayı açıqlandı


Digərləri 02 Avq 2019 09:42:00 215 0

Nikahdankənar doğulan uşaqların sayı açıqlandı

Hər il kənd yerlərində nikahdankənar doğulan uşaqların sayı çoxalır.  

Son.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova məlumat verib.

A.Veysəlova nikahdankənar doğulmaların sayında həmişə dəyişkənliyin olduğunu bildirib:

"Bu rəqəmlər hər il gah azalır, gah da artır. 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı daha çox idi. Həmin il 30 983 uşaq doğulub. Amma 2011-ci ildən başlayaraq indiyədək bu rəqəmlərdə azalma var. Sonuncu rəqəmlər artıq 20 min civarındadır. Bununla belə, şəhər yerlərinə nisbətdə kəndlərdə bu göstərici çoxluq təşkil edir".

O qeyd edib ki, verilən rəqəmlər ümumi xarakter daşıyır:

"Amma qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların qeydiyyatının aparılması ilə bağlı başqa yanaşma da var. Belə ki, Ədliyyə Nazirliyinə hər iki valideynin və ya tək qadının ərizəsi ilə müraciət edilir. Məsələn, bəzən normal ailələrdə 4 və ya 5 uşaq olmasına rəğmən, ailə başçılarının rəsmi nikahı olmur, münasibətlərini hansısa səbəblərdən rəsmiləşdirə bilmirlər. Amma valideynlər öz uşaqlarından imtina etmir, normal ailə münasibətləri çərcivəsində yaşayırlar. Biz belə ailələrə öz maarifləndirici təlimlərimiz zamanı rəsmi nikahla bağlı məsləhətlər veririk. Çünki bu, çox mühüm məsələdir. Rəsmi nikah həm uşağın, həm ananın, həm də atanın hüquqlarının qorunması və digər məsələlərdə mühüm amildir".

Komitə rəsmisinin sözlərinə görə, narahatedici və düşündürücü məqam tək ananın ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib doğum haqqında şahədətnamə almasıdır:

"Tək qadınlar qeyri-rəsmi nikahda olan qadınların çox az hissəsini təşkil edir. Bunun səbəblərini araşdırmaq lazımdır. Çünki ola bilər ki, xanım hamilə olduğu zaman əri rəhmətə gedə və ya boşanma prosesi ola bilər. Ötəri münasibətlər nəticəsində, yarımçıq qeyri-rəsmi əlaqə nəticəsində doğulan uşaqlar da olur".

A.Veysəlova vurğulayıb ki, 2011-ci il də daxil olmaqla, bu cür uşaqların doğulma dinamikasında artım var idi. Amma 2011-ci ildən etibarən azalma müşahidə edilir: