Tramp ABŞ və Çin nümayəndələrinin görüşəcəyi tarixi bəyan edib


Dünya 02 Avq 2019 08:59:00 217 0

Tramp ABŞ və Çin nümayəndələrinin görüşəcəyi tarixi bəyan edib

ABŞ və Çin nümayəndələrinin yeni görüşü sentyabr ayının əvvəlində baş tutacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

D.Tramp bildirib: "Mənim adamlarım oradan qayıtdılar (red. - Pekində keçirilən ticarət danışıqlarından) və dedilər ki, yeni görüş sentyabr ayının əvvəlində gözlənilir. Mən dedim: yaxşı. Lakin razılaşma imzalanmayana qədər biz onlardan rüsum alacağıq".

Xatırladaq ki, daha əvvəl D.Tramp öz "Twitter səhifəsində sentyabrın 1-dən Çin mallarında 300 milyard dollarlıq vergi tətbiq edəcəklərini bildirmişdi.