Sudanda etiraz aksiyası zamanı atışma olub, ölənlər var


Dünya 02 Avq 2019 08:40:00 185 0

Sudanda etiraz aksiyası zamanı atışma olub, ölənlər var

Sudanın Omdurman şəhərində etiraz askiyası zamanı atışma baş verib.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, baş verən atışma nəticəsində 4-ü tələbə olmaqla 5 nəfər həlak olub.

Bununla əlaqədar yüz minlərlə insan yenidən etiraz aksiyasına çıxıb. Bu etiraz aksiyası zamanı da atışma baş verib və bir neçə nəfər yaralanıb.

Atəşin kimin tərəfindən açıldığı barədə məlumat verilmir.