İldırım 6 uşaqı öldürüb


Dünya 02 Avq 2019 08:12:00 226 0

İldırım 6 uşaqı öldürüb

Qvineyada manqo ağacının altında oynayan bir qrup uşağı ildırım vurub.

Trend-in yerli "Guinee Matin" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 uşaq həlak olub, daha 2-si isə xəsarət alıb.

İnsident Sigiri prefekturasında ölkənin şimal-şərqində baş verib.

Hadisədən sonra qonşular uşaqları xəstəxanaya çatdırıblar, lakin onlardan 6-sı hadisə yerində dünyasını dəyişib. Digər 2 uşaq xəstəxanaya yerləşdirilib.