Kür çayında 1 nəfər batıb, axtarışları aparılır


Digərləri 02 Avq 2019 08:00:00 195 0

Kür çayında 1 nəfər batıb, axtarışları aparılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHNd-ən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.