Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?


Digərləri 02 Avq 2019 07:45:00 228 0

Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?

İyun ayında Azərbaycandan qeyri-neft sektoruna aid ən çox mal Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukraynaya ixrac edilib

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin iyun ayında Azərbaycandan qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon ABŞ dolları), Türkiyəyə (32,5 milyon ABŞ dolları), İsveçrəyə (14,7 milyon ABŞ dolları), Gürcüstana (8,4 milyon ABŞ dolları) və Ukraynaya (5,7 milyon ABŞ dolları) ixrac edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.