Avropa İttifaqında uzunömürlüyə görə sonuncu ölkə


Digərləri 02 Avq 2019 07:21:00 279 0

Avropa İttifaqında uzunömürlüyə görə sonuncu ölkə

Bolqarıstanda orta uzunömürlülük 74,8 yaş təşkil edir. Bu göstəriciyə görə Bolqarıstan Avropa İttifaqı ölkələrində sonuncu pillədə qərarlaşıb.

Aİ-də orta uzunömürlülük 81 yaşdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Statistika Agentliyi məlumat yayıb.

Göstəricilərə görə Bolqarıstanda qadınların orta ömür uzunluğu 74,8 yaş, kişilərdə isə 71,4 yaş təşkil edir. Avropa İttifaqında bu göstərici 83,5 və 78,3 yaşdır. Aİ-də ən uzunömürlü insanlar İspaniyada 83,4 və İtaliyada 83,1 yaş göstəricisi ilə müşahidə olunur.