"Maska"nın rejissoru filmdə Kameron Diazın əsas rəqibinin adını açıqlayıb


Digərləri 02 Avq 2019 04:30:00 263 0

"Maska"nın rejissoru filmdə Kameron Diazın əsas rəqibinin adını açıqlayıb

1994-cü ildə ekranlara çıxmış "Maska" filminin rejissoru Çak Rassel bildirib ki, rəqqasə Tina rolu uğrunda mübarizədə aktrisa Kameron Diazın başlıca rəqibi model Anna Nikol Smit olub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Variety" yazıb.

Onun sözlərinə görə, Diaz bu rola təsdiq olunmaya da bilərdi, lakin Smit kastinqdən keçə bilməyib. Rassel bildirib ki, model gözəl və şən idi, lakin onun üstünlükləri bununla bitirdi. Onun bu rola uyğun olan heç bir keyfiyyəti yox idi.

Rasselin sözlərinə görə, o, Diazı Tina roluna elə ilk dinləmədən sonra təsdiq edib, çünki başa düşüb ki, lazımlı adamı tapıb.